Səhiyyə
Baş Klinik Hospitalda maarifləndirmə tədbiri keçirildi
Oktyabrın 16-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Tibbi tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Ordusunun baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Hamlet Hüseynov iştirakçılara görüşün əhəmiyyəti və mövzu barəsində məlumat verib.
Tədbirdə tibbi tullantıların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların düzgün çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə potensial təsirləri, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub.
Maarifləndirmə tədbirinin əsas məqsədi tibbi tullantıların təhlükəsiz idarə olunması üzrə məlumatlılığın artırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində düzgün yanaşmaların təşviqidir.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi



















.jpg)





















