Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
Bizi izləyin

Səhiyyə

Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

Kanadalı alimlər bu qənaətə gəliblər ki, qazlı içkilər, çipslər, qablaşdırılmış qəlyanaltılar və fastfudun intensiv istehlakı MRT müayinəsində beyin damarlarının zədələnməsi əlamətlərinin aşkarlanması riskini 40 faiz artırır.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.

Tədqiqat iştirakçıları, yaşı 35-dən 69-dək olan şəxslər, əvvəlki il ərzində necə qidalandıqları barədə məlumat veriblər. Alimlər rasionlarında ultraemal olunmuş məhsulların miqdarından asılı olaraq iştirakçıları dörd qrupa bölüb və beyin MRT-sinin nəticələrini müqayisə ediblər.

Bu məhsulları ən az istehlak edən iştirakçıların təxminən 8 faizində, ən çox istehlak edənlərin isə 11 faizindən çoxunda zədələnmə əlamətləri aşkarlanıb. Görüntülərdə kiçik qan damarlarında baş verən dəyişikliklər, eləcə də nəzərəçarpan simptomlar olmadan keçə bilən, “səssiz insult” adlanan halların izləri qiymətləndirilib.

Ultraemal olunmuş məhsulları daha çox istehlak edən şəxslərdə bədən yağının səviyyəsi də yüksək olub. Alimlər güman edirlər ki, daxili orqanların ətrafında toplanan yağ iltihaba və damarların, o cümlədən beyindəki damarların zədələnməsinə səbəb ola bilər. Bununla belə, tədqiqat qidalanmanın məhz bu dəyişikliklərə səbəb olduğunu sübut etmir.

Ultraemal olunmuş məhsulların miqdarı rasionun hər 2000 kilokaloriyasına görə hesablandıqda beyin zədələnməsi ilə əlaqə aşkarlanıb. Lakin bu məhsulların ümumi qida enerjisindəki payı qiymətləndirildikdə nəticələr kifayət qədər inandırıcı olmayıb. Qadınlarda daha güclü əlaqə müəyyən edilib, amma müəlliflər hesab edirlər ki, bu müşahidə gələcək tədqiqatlarda yoxlanılmalıdır.

Tədqiqat müşahidə xarakterli olduğundan səbəb-nəticə əlaqəsini müəyyən etməyə imkan vermir. Müəlliflər həmçinin qeyd edirlər ki, MRT-də görünən dəyişikliklər yaddaş və təfəkkürlə bağlı nəzərəçarpan problemlər yaranmazdan əvvəl meydana çıxa bilər. Hələlik ultraemal olunmuş məhsulların istehlakını azaltmağın bu cür zədələnmələrin qarşısını alıb-almayacağı məlum deyil.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm