Səhiyyə
Səhiyyədə idarəetmə dəyişikliyi: İllərin problemləri həllini tapacaqmı?
Bu gün Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Bu qərar səhiyyə sistemində idarəetmə modelini yenidən gündəmə gətirir. Vətəndaşlar üçün isə əsas məsələ qurumların tabeliyindən daha çox, xəstəxanalarda göstərilən xidmətin keyfiyyəti, həkimə əlçatanlıq, müayinə və müalicə imkanlarıdır.
Maraqlıdır, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində hansı dəyişikliklərə səbəb olacaq? Bu qərar xəstəxanalarda xidmətin keyfiyyətinə və vətəndaşların üzləşdiyi problemlərin həllinə real təsir göstərəcəkmi, yoxsa yalnız idarəetmə modeli dəyişəcək?
Mövzu ilə bağlı həkim-cərrah, tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərini öyrəndik. Professor Publika.az-a bildirdi ki, bu addım gözlənilən idi:
"Bu məsələnin vaxtı çatmışdı. Yəni iki icra strukturunun birləşdirilməsi gözlənilən addım idi. Bu dəyişiklik səhiyyə sisteminin fəaliyyətinin effektivliyini artırmaq üçün potensial imkan yaradır. Ancaq bu imkanın necə reallaşacağını zaman göstərəcək.
Məsələ ondadır ki, xəstəxanalarda işin yenidən təşkili, klinik protokolların və vahid sistemin tətbiqi, həkim axınının qarşısının alınması, rayonlarda həkim çatışmazlığının aradan qaldırılması kimi çoxsaylı vacib məsələlər var. Bu iki qurum arasında maraqların toqquşması və ziddiyyətlər işin effektivliyinə təsir edirdi".

Adil Qeybulla hesab edir ki, bundan sonra bu məsələlərin bir mərkəzdə cəmləşməsi onların həlli üçün imkan yaradacaq.
“Arzu edək ki, yeni rəhbərlik bu məsələlərin həlli üçün lazımi işləri görsün və bütün bunlardan vətəndaşlar fayda götürsünlər. Azərbaycan səhiyyəsinin müasir standartlara uyğunlaşdırılması üçün hər bir həkim, hər bir tibb işçisi, o cümlədən Səhiyyə Nazirliyi bütün imkanlarını səfərbər etməlidir”.
Müəllif: Gülnar Süleymanova
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi










.jpg)









.png)














