Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
Bizi izləyin

Səhiyyə

Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq

Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq

Hemoragik insult işemik insultla müqayisədə daha təhlükəli hesab olunur: ona daha az rast gəlinir, nəticələri adətən daha ağır olur və proqnoz daha əlverişsizdir.

Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Piroqov Universitetinin Neyroelmlər və Neyrotexnologiyalar İnstitutunun (NNİ) Badalyan adına nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının dosenti, nevroloq Artyom Tolmaçov bildirib.

O qeyd edib ki, insult inkişaf mexanizminə görə fərqlənən iki vəziyyəti əhatə edən ümumi termindir: işemik insult və ya beyin infarktı (damarın tutulması) və hemoragik insult (damarın partlaması nəticəsində beyin toxumasına qan sızması).

“İşemik insult zamanı beyni qidalandıran damarın tutulması səbəbindən beynin müəyyən bir hissəsi kifayət qədər qan almır. Hemoragik insult zamanı isə damar partlayır, qan beyin toxumasına və ya onu əhatə edən boşluqlara daxil olaraq sinir strukturlarını zədələyir. Hər iki halda nəticələr ağır ola bilər, lakin zədələnmə mexanizmləri fərqlidir”, - deyə həkim izah edib.

Onun sözlərinə görə, məhz hemoragik insult ən təhlükəli insult növü hesab olunur.

“Məsələn, 2025-ci ildə “Neurology” jurnalında dərc edilmiş və Cenevrə sakinlərinin 2018–2019-cu illərə aid məlumatlarına əsaslanan tədqiqatda 30 gün ərzində ölüm göstəricisi beyindaxili qanaxma zamanı 32,5 faiz, subaraxnoidal qanaxma zamanı 17,2 faiz, işemik insult zamanı isə 10,8 faiz təşkil edib. İşemik insult zamanı bəzi xəstələrə trombolitik terapiya tətbiq etmək və ya trombun mexaniki yolla çıxarılması üsullarından istifadə etmək mümkündür. Qanaxma zamanı isə müalicə taktikası, xüsusən də arterial təzyiqin nəzarətdə saxlanılmasına, qanın laxtalanma pozuntularının korreksiyasına, kəllədaxili təzyiqin izlənilməsinə və neyrocərrahi müdaxilənin zəruriliyinin qiymətləndirilməsinə yönəldilir”, — deyə Tolmaçov qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm