Səhiyyə
1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib.
Publika.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər öldükdən sonra ailələrindən icazə almağa ehtiyac qalmayacaq:
"Əgər həmin şəxslər beyin ölümü keçirərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya olunacaq".
Y. Abbasova hazırda Azərbaycanda 1500-dən çox vətəndaşın orqan donorluğu üçün növbə gözlədiyini deyib:
"50-dən çox şəxs ürək transplantasiyası üçün növbə gözləyir. Dünən məktub aldım ki, xəstələrdən ikisi artıq vəfat edib. Ümumiyyətlə hər il 50-60 qaraciyər gözləyən xəstəmiz həyatını itirir".
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Region14:26Paşinyanın xaş qonaqlığı narazılıq yaratdı - VİDEO
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü

































.jpg)
.jpg)
