Sosial
"Space"in efirində qadını yandırdılar
“Space” telekanalının efirində “Köhnə tüfəng" filminin anonsunda həkimin arvadını yandırması epizodu verilir. Şübhə yox ki, gün ərzində dəfələrlə efirə verilən anonsda qadının yandırılması kadrlarına azyaşlılar da baxır. Bu isə onlarda müxtəlif psixoloji sarsıntılar, zorakılığa meyl və digər xoşagəlməz hallar yaradır.
Bu fakta münasibət bildirən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Publika.az-a deyib ki, səhər saat 07:00-dan axşam 23:00-dək istər anons, istərsə də, film və ya verilişlərdə zorakılıq səhnələri yolverilməzdir: “Qeyd olunan fakta gəldikdə, bunun araşdırılmağa ehtiyacı var. Hazırda fakt təhlil olunur. Həqiqətən də həmin səhnə 23:00-a qədər efirə verilibsə, arayış tərtib olunacaq. Bu məsələyə qanun çərçivəsində yanaşacağıq. Qeyd etdiyimiz saatlarda zorakılıq, özünəqəsd səhnələrinin verilməsi qadağandır. Xüsusən də, uşaq və yeniyetmələrin psixologiyasına vuracağı ziyan nəzərə alınaraq efirə verilməsi icazə verilmir. Biz bu faktları araşdırırıq, faktın əhəmiyyətinə uyğun olaraq tədbir görülür”.
Gülxar
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ















.jpg)

.jpg)




















