Sosial
Avtobusdan tapılan qədim sikkələr muzeyə təhvil verildi - - FOTO
Bu yaxınlarda AMEA Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus-dan tapılan qədim sikkələr təhvil verilib.
Muzeydən Publika.az-a verilən məlumata görə, naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir.
Bildirilir ki, BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova bildirib ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb.
Müvafiq orqanlara bununla bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib. 32 ədəd sikkə Muzeyin Numizmatika və epiqrafika şöbəsinin müdiri, numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq edilib və müəyyənləşdirilib.
Sikkələr XV əsrdə zərb olunmuş mis sikkələrdən və Şirvanşah Şahruxun dövründə (XVI əsr) kəsilmiş gümüş təngədən ibarətdir. Materiallar Muzeyin Numizmatika fonduna təhvil verilib.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO