Sosial
Bayıl sürüşmə sahəsindəki sakinlərin aqibəti necə olacaq? - RƏSMİ
Teleqüllə sürüşmə sahəsi kimi tanınan Bayıl yamacındakı sürüşmədə yanvarın 24-dən başlayan aktivlik son bir həftədir stabilləşib. Geoloqlar hazırda vəziyyətin stabil olduğunu desə də, ərazinin yaşayış üçün tam təhlükəsiz olmadığını vurğulayır.
Burada yaşayan sakinlər isə həmin vaxtdan ərazidəki məktəbə yerləşdirilib. Yanvarın 25-də Nazirlər Kabinetdə keçirilən iclasda sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcəyi ilə bağlı qərar qəbul edilmişdi.
Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Publika.az-a açıqlamasında bildirib ki, sürüşmə baş verən ərazidəki sakinlərin bir qismi hazırda məktəb binasında qalır:
“Bir qrup sakin isə qohumlarının evində gecələyir. Onların bəziləri gündüz evlərinə gəlib baş çəkirlər. Lakin orada yaşamaları mümkün deyil. Sakinlərin təhlükəsizliyi üçün əraziyə qaz, su və işığın verilişi məhdudlaşdırılıb. Ancaq istər qohumları, istərsə də məktəb binasında yerləşdirilən sakinlərin bütün ehtiyacları İcra Hakimiyyəti tərəfindən təmin edilir”.
Qeyd edək ki, İcra hakimiyyətindən verilən məlumatda mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirildiyi bildirilmişdi:
“Orada tikilmiş evlərin 89,9 faizi məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25 faizi ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır”.
Xatırladaq ki, yamacda sonuncu dəfə sürüşmə 2000-ci ildə baş vermişdi. Həmin hadisədən sonra ərazidə bəzi obyektlər köçürülmüşdü. Nazirlər Kabineti tərəfindən verilən qərardan sonra 150 evin sakininə kompensasiya verilərək köçürüldü. Ərazidə təxminən 150-dən çox evin işə köçürülməsi yarımçıq qaldı. Həmin ərəfədə evlərin qiymətindəki artım səbəbindən verilən kompensasiya sakinlərin özlərinə ev almaları üçün qane etmirdi.
O vaxtdan qalan problem bu gün də aktuallığını qoruyur. Bu gün üçün sakinlərə yetərli vəsait ayrılacağı halda onların ərazidən köçürülməsi ən uyğun çıxış yoludur. Çünki ərazi daim aktiv zonadır, sürüşmə dərin qatlarda gedir, hər an yenidən aktivləşmə qeydə alınması qaçılmazdır. Yekun qərar üçün qısa zamanda cavab verilməsi mütləqdir, çünki nə qədər imkan yaradılsa da, məktəb şəraiti və ya qohum evində qalmaq heç də sakinlərin ürəyincə deyil.
Gülxar
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO