Sosial
Meyvə-tərəvəz sərgisi keçiriləcək
Almaniyanın Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyindən Publika-az-a verilən məlumata görə, Almaniyanın paytaxtı Berlində fevral ayının 7-dən 9-dək keçirilən sərgidə Azərbaycan məhsulları da nümayiş olunacaq. Sərgidə ümumilikdə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirakı nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə dair Fərmanına uyğun olaraq, "Fruit Logistica" meyvə-tərəvəz sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
Könül Cəfərli
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi



































.jpg)