Sosial
Bayıldakı evlərin 98 faizi sənədsizdir - İcra başçısı
Bayıldakı sürüşmə sahəsindəki sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcək.
Publika.az xəbər verir ki, bu sözləri 163 №-li orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bayılda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Cənub Dərə yaşayış sahəsindəm müvəqqəti köçürülən vətəndaşlarla keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu gündən kirayə haqları verilməyə başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq:
“Birdəfəlik kompensasiya məsələsinə isə baxılır. Sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır. Alimlər işləyir, onlar araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev zonadan kənarda olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar geri qayıdacaq”.
E.Əzizov son günlərdə yamacda baş verən prosseslər, yerli və xarici mütəxəssislər tərəfindən aparılan araşdırmaların vəziyyəti, mövcud şəraitdən çıxış yolları, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib:
“Sürüşmə təhlükəsi ilə bağlı ərazidən 93 fərdi evdə yaşayan sakinlər köçürülüb. Onlarin bir qismi öz qohumlarının evlərinə, digərləri isə 163 №-li orta məktəbdə yadılmış müvəqqəti sığınağaqda yerləşdiriliblər. Fevralın 10-da həmin ərazidə 4 yaşayış evi tam, 2-si isə qismən dağılmışdır. Yalnız görülmüş tədbirlərin nəticəsidir ki, burada xəsarət alan olmayıb. Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış nəqliqqat və işçi qüvvəsinin köməyi ilə vətəndaşların əmlakı çıxarılaraq başqa yerlərə daşınıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması üçün burada postlar gücləndirilib. İcra Hakimiyyəti tərəfindən 163 №-li məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb".
Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur: "Sürüşmə ərazisindəki evlərin 98 faizinin heç bir sənədi və qeydiyyatı olmayan qanunsuz tikililərdir. Lakin buna baxmayaraq dövlət hər kəsə bərabər münasibət göstərir. Onların problemlərinin həlli üçün müvafiq tədbirlər görüləcəkdir".
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

