Sosial
“Azərişıq”dan 11 aprellə bağlı əmr
Prezident seçkiləri ilə əlaqədar “Azərişıq” ASC-də toplantı keçirilib.
ASC-dən Publika.az-a verilən məlumata görə, “Azərişıq”ın sədri Baba Rzayev bildirib ki, qarşıda bizi çox məsuliyyətli bir iş gözləyir.
Baba Rzayev seçki dövrünü uğurla başa vurmaq üçün “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli əmr imzalandığını xatırladıb. Sədr bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verib.
Cəmiyyətin sədri prezident seçkiləri günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını diqqətə çatdırıb.
İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.
Könül
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi