Sosial
Spikerdən millət vəkillərinə ETİRAZ: “Deyəsən, dərmanın dozası artıq olub”
"Dərman vasitələri haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanın layihədəki bəzi sözlər millət vəkillərinin etirazına səbəb olub.
Publika.az xəbər verir ki, millət vəkili Tahir Kərimli dərmanın təsiri ilə bağlı “effektiv” sözünün, “səmərəli” sözü ilə əvəz edilməsini təklif edib. O, qanunların dilində milli sözlərin istifadəsinin mütləq olduğunu deyib. Millət vəkili bəzi qanun layihələrinin qəbul edilib Prezidentə təqdim edilməsinə qədər Dil Komisiyasının müzakirəsinə verilməsini təklif edib.
Millət vəkili Musa Quliyev isə dərmanın təsirindən danışarkən “effektiv” sözünün “səmərəli” sözündən daha doğru ifadə olduğunu deyib.
Millət vəkilləri Hikmət Məmmədov, Əhliman Əmiraslanov da müzakirələrdə iştirak edib.
Səslənən iradlara parlamentin sədri Oqtay Əsədov da münasibət bildirib: “Əhliman müəllim, dərman qalıb kənarda, keçmişik dili muzakirə etməyə. Deyəsən, dərmanın dozası artıq olub. Komitə iclaslarında bu məsələ müzakirə edilmişdi. Düzdür, dil məsələsi vacibdir. Lakin bu məsələ ilə gələcəkdə məşğul olmaq lazımdır”.
Gülxar
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat