Sosial
Bu sahədə vergidən yayınmalar kütləvi hal alıb
2017-ci illə müqayisədə 2018-ci ildə səyyar yoxlamaların sayı 3 dəfə azalıb. Ümumilikdə bu yoxlamaların sayı 1500-dən çox olmayıb.
Publika.az xəbər verir ki, bu sözləri Vergilər nazirinin müavini Sahib Ələkbərov “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, yalnız aksizli mallarla bağlı yoxlamalar artıb: “Çünki bu sahədə vergidən yayınma halları kütləvi hal alıb, həmçinin şikayətlər də artıb. Avqust ayından bu məhsulların yoxlanılması üçün 30-a yaxın post qurmuşuq. Bu sahədə nizam-intizam yaratmayana qədər proses davam edəcək. Çünki bəzi sahibkarlar qaimə faktura vermədən, sənədləşmə aparmadan vergidən yayınanlar var. Verginin yoxlanılması üçün 30 gün vaxtımız olur, 15 gün əvvəldən bu məlumatı Ədliyyə Nazirliyinin reysterinə salırıq. Bəzi sahibkarlar isə müəssisəsində yoxlama aparmağımız üçün vaxtının olmadığını deyir, bəziləri xaricə gedir. Belə olsa, bizim iqtisadiyyatımız irəliləməyəcək. Bunları nəzərə alaraq biz yoxlamalarla bağlı yeniliklər tətbiq etdik. Nazirlik normal fəaliyyət göstərən sahibkarın yanındadır. Elektron qaydada faktura tətbiq etməyənlərin sonu yoxdur”.
Nazir vergi yoxlamalarında hər bir sahə üzrə mütəxəssislərin prosesdə iştirak etməsində maraqlı olduqlarını deyib: “Çox istərdim ki, yoxlanılan sahədə mütəxəssislər olsun. Lakin işçilərimizin sayı o qədər çox deyil ki, bütün sahələr üzrə bacarıqlı əməkdaşlarımız olsun”.
Gülxar
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






















.jpg)













