Sosial
Millət vəkili: "Fikirlərimi təhrif ediblər"
"Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında şirin su ehtiyatlarının qorunması ilə bağlı fikirlərim təhrif edilib".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili fikirlərini təhrif edən media qurumlarına müraciət edib:
“Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında meşələrin, təbii su ehtiyatlarının qorunması, onlardan səmərəli istifadə ilə bağlı müəyyən qanunlara dəyişiklik təklif edilib. Mən də iclasda çıxış edərək Azərbaycanda su, xüsusilə şirin su ehtiyatlarının az olduğunu demişəm. Bildirdim ki, bu səbəbdən hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir. Son zamanlarda yay gələndə dərələrdə quruma müşahidə edilir. Bunun səbəblərindən biri bulaqlardan suyun həyətlərə çəkilməsidir. Yüz illərdir ata-babalarımız bulaqlardan istifadə edib, bu normaldır. Lakin bulaqların həyətlərə çəkilməsi dərələrin qurumasına səbəb olub. Bu sudan səmərəli istifadə etməli, şirin su mənbələrini qorumalıyıq. Təəssüf ki, mənim bu çıxışım bəzi xəbər saytları təhrif edib və yanlış təqdim ediblər. İclasda iştirak edən və ya etməyən, lakin təhrif olunmuş məlumatı yayan bütün media qurumları Milli Məclisindən iclasın stenoqramını götürüb, çıxışımı olduğunu kimi yazmalıdırlar. Çünki fikirlərimizin bu cür təhrif edilməsi millət vəkilləri, ziyalıları nüfuzdan salmağa yönəlmiş addımlardır. Hesab edirəm ki, əsl jurnalist birinci mənbəyə istinad etməli, fikirləri olduğu kimi işıqlandırmağa borcludur. Bəzi media qurumlarının fikirlərimi təhrif etmələrinə təəssüf edirəm. Xahişim ondan ibarətdir ki, iclasda iştirak edən jurnalistlər müzakirənin məğzinə baxsınlar. Burada əsas məsələ meşələrimizin, su ehtiyatlarımız, şirin suları mənbələrimizin qorunması idi. Hər hansı bulaq suyuna qadağa qoyulması ilə bağlı heç bir fikir səsləndirilməyib. Çıxışımın əsas məğzi də şirin su ehtiyatlarının qorunması, onlardan istifadə edərkən dərələrin qurumaması ilə bağlı da tədbir görülməsi ilə bağlıdır”.
-
Nəqliyyat17:23Mozalanın məşhur bölümünün çəkildiyi metro stansiyası - VİDEO
-
Avropa17:13Varşavada Polşa tarixinin ən böyük hərbi paradı keçirilir
-
Magazin216:53İlk dəfə olaraq tam süni intellektlə serial hazırladılar - FOTO
-
Nəqliyyat16:24Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdi
-
ABŞ15:08ABŞ-da ermənilərdən ibarət cinayətkar dəstə saxlanıldı - FOTO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert







.jpg)





























