Sosial
Ailə-məktəb-şagird üçbucağı düzgün qurulmalıdır - Sona Vəliyeva
İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir.
Publika.az xəbər verir ki, bu sözləri “Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı deyib.
Sona Vəliyeva təlim-tərbiyə işində məktəblə valideynin birgə çalışmasının zərurətini bildirib:
“Hər birimiz valideynik, hamınızın övladı var, onlar bizim canımız-ciyərimizdir. Ancaq bir məsələdə var ki, bu hadisələrin baş verməsində əsas səbəb ailələrin məktəblə təmasının güclü olmamasından irəli gəlir. Biz də məktəblərlə işləyirik. Məktəbin məsuliyyətini üzərinə götürən direktorla valideyn eyni məsuliyyət daşıyır, eyni ağırlığı çiynimizdə hiss etməliyik. Bu çox vacib məsələdir. İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir. Səbirlə, təmkinlə onların tərbiyəsinə çalışırıq. Bu ağırlığın bir ucu da məktəb direktorlarının, məktəbdə təlim-tərbiyə işləri ilə məşğul olanların üzərindədir. Mən özüm də bu işin içindəyəm. Keçmişdə bir rayonda prokuror işləmiş bir adamın qız nəvəsi məktəbə telefonla gəldi. Biz isə dedik ki, olmaz, telefonu ondan aldıq, kənara qoyduq. Növbəti dəfə daha bahalı bir telefonla gəldi. Babası ilə söhbət apardıq, babası dedi ki, o, mənim həyatımdır, canımı da istəsə, verərik. Biz isə dedik ki, axı onun evini yıxırsınız. Siz onun tərbiyəsində bizə yardımçı olmalısınız. Bu məsələdə əlimizdən tuta bilməsəniz belə, barmağımızdan tutun. Məktəblərin sizin arzuladığınız kimi övlad böyütməsini istəyirsinizsə, o zaman hər birimiz heç olmasa, həftənin bir gününü məktəbə getməliyik, sinif rəhbəri ilə maraqlanmalıyıq”.
Sona Vəliyeva vurğulayıb ki, məktəb və ailə sıx ünsiyyətdə olmalıdır:
“Uşaq evdə "müəllim mənə filan sözü dedi" deyirsə, şikayət edirsə, valideyn əhəmiyyətinə varmadan müəllimin üzərinə gəlməməlidir. Uşağın yanında müəllimə haqq qazandırmalıdır, sonra müəllimə müraciət etməlidir. Hər biriniz valideynsiniz, belə hadisələrin olmasını istəmirsinizsə, məktəbdən ayağınızı çəkməyin. İctimai qurumlar da qayğı göstərməlidir. Uşaqlarınızın sosial şəbəkədə kiminlə əlaqə qurduğuna, kiminlə yazışdığına diqqət edin. Müəllimlər də, valideynlər də uşaqlarla dost olmalıdırlar. Uşaqlar sirlərini onlara deməlidir, çəkinməməlidir. Hesab etməlidir ki, müəllimlər də, ata-ana da onların dostudur. Qızlar anası, oğlanlar isə atası ilə dost olmalıdır. Hər bir sinif rəhbəri hər bir uşaqla dost olmalıdır. Məsələni psixoloqların üstünə atırıq. Əvvəllər psixoloqlar yox idi, sinif rəhbərləri hər şeyi edirdi. Ailə-məktəb-şagird üçbucağı düzgün qurulmalıdır”.
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO

























