Sosial
Çempionatda uğur qazanmış FHN əməkdaşları ilə görüş keçirildi
Bakı şəhərində yerləşən “Jolly Joker Bakı”da Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) dəstəyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmələr, gənclər, böyüklər, master və qrand master kateqoriyalarında qol güləşi üzrə dünya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən xəbərə görə, çempionatda dünyanın 30 müxtəlif ölkəsindən 400-dən çox idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.
Yarışda iştirak edən FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev +105 kq çəki dərəcəsində master kateqoriyasında 10 idmançı arasında sağ qol ilə mübarizə apararaq çempionatın bürünc medalına layiq görülüb. Qalibə medal və çempionatın sertifikatı təqdim edilib.
Noyabrın 5-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev nailiyyət qazanmış əməkdaşla görüşərək təbrik edib, gələcək yarışlarda uğurlar arzılayıb.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək






































