Sosial
Böyük Britaniya öz ölkəsindəki qiymət siyasəti, viza rejimi barədə düşünsün - Ekspert
“Azərbaycanda otellərin qiymətinin baha olması, eləcə də viza rejimindəki çətinliklə bağlı məlumat yayanların ölkəmizi tanımadığı hiss olunur”.
Bu sözləri Publika.az-a açıqlamasımda Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Böyük Britaniya Xarici İşlər Nazirliyinin ölkəmizdə UEFA-nın final oyunun keçirilməsi ərəfəsində otellərin qiymətinin baha olması və çətin viza rejimi ilə bağlı yaydığı məlumatı şərh edərkən deyib.
Ekspert bildirib ki, bu məlumatlarla tanış olan kimi onun qərəzli hazırlandığı məlum olur:
“Bundan əvvəl də Azərbaycanda mötəbər tərbirlər keçirilib. O zaman da bu cür kampaniyaların şahidi olmuşuq. Azərbaycanın inkişafı bəzilərinin xoşuna gəlmir, məqsədli şəkildə bu cür məlumatlar yayırlar.
Azərbaycanda bahalı otellərlə yanaşı orta gəlirli turistin büdcəsinə uyğun aşağı qiymətli otellər də var. Turistlər ölkəmizdə 50 manata otellər də tapa bilər. Təbii ki, bu dollarla ifadədə elə də bahalı hesab edilmir. Bütün ölkələrdə otel qiymətlərində bu müxtəliflik olur. Azərbaycan bir çox Avropa ölkələri, eləcə də Britaniyadan stabillik və sabit ölkədir. Böyük Britaniya höküməti ilk növbədə öz ölkəsindəki qiymət siyasəti, viza rejimi barədə düşünməlidir. Bu gün ABŞ-a getmək daha asandır, nəinki Britaniyaya. Əgər xəbərləri yoxdursa bir daha xatırlada bilərik. Avropada ən bahalı otel qiyməti məhz Böyük Britaniyadadır.
Bundan əvvəl də Azərbaycanda müxtəlif beynəlxalq tədbir, idman yarışları keçirilib. Hər kəs də ölkəmizdən çox razı gedib. Yayılan bu məlumatlar təxribat xarakterlidir.Azərbaycan müxtəlif turizmin növləri, stabillik,qonaqpərvərlik baxımdan beynəlxalq standartlara cavab verir. Azərbaycandakı vəziyyəti gözləri ilə görəndən sonra xaricilərdə daha aydın təəssürat yaranır. Bu məlumatı yayanlara da Azərbaycana gəlməyi məsləhət görürəm. Apardığımız təhlillər göstərir ki, Azərbaycan dövləti tərəfindən turizmə olan diqqətin heç bir MDB ölkəsində müşahidə edilmir. Cənab Prezidentin turizmin inkişafı ilə bağlı imzaladığı sərəncamların nəticəsi nəinki paytaxtda regionlarda da hiss olunur”.
Gülxar
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

