Sosial
Bu ailələrə ŞAD XƏBƏR: 35 min manat yardım alacaqlar
Azərbaycan Nazirlər Kabineti Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb.
Bu barədə Report-a Səbail Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.
“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olanacaq, bu cür hallara yol verilməyəcək”, - məlumatda bildirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
-
Yaxın Şərq14:57İranın nüvə kompleksi vuruldu
-
Hadisə14:06Həyat yoldaşına şiddət göstərən kişi cinayət məsuliyyətindən azad еdildi
-
İdman13:49Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi
-
MDB13:29Paşinyandan Novruz təbriki
-
Ekologiya12:48Sabaha gözlənilən hava şəraiti açıqlandı
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin






























.jpg)



.jpg)
