Elə təsəvvür yaradırlar ki, sanki məktəblərdə rüşvət tüğyan edir - DEPUTAT
Bizi izləyin

Sosial

Elə təsəvvür yaradırlar ki, sanki məktəblərdə rüşvət tüğyan edir - DEPUTAT

Mətbuat Şurasına daxil olan şikayətlərin minumum 30 faizi “reket sayt”larla bağlıdır.

Publika.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin KİV nümayədələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, bir çox hallarda şikayət verən tərəf haqlı olur: “Reket” kimi qara siyahıya saldığımız saytlar məktəb və müəllimlər haqqında olmazın şayiələr yayırlar. Düzdür, bunlar arasında həqiqəti yazanlar da olur. Düşünürəm ki, bu təlimlər hər iki tərəf üçün önəmlidir. Təhsil Nazirliyi son dönəmlər ciddi islahatlar aparır. Bu islahatların ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin xüsusi rolu var. Lakin bəzi xəbər saytları elə təsəvvür yaradır ki, Azərbaycan müəllimləri savadsızdır, məktəblərdə rüşvət tüğyan edir. Təəssüflər olsun ki, belə saytların da sayı çoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm