Sosial
Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi
Nazirlər Kabineti tərəfindən bu il üçün ayrılan 6800 kvotanın yarısından çoxu tamamlanıb.
Publika.az xəbər verir ki, bunu “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
V.Hüseynov kvotanın bitdiyi təqdirdə hökumət tərəfindən bu məsələyə təkrar baxıla biləcəyini istisna etməyib.
DMX rəisi əmək bazarının milliləşməsinin dövlətimizin yanaşmasından biri olduğunu qeyd edib:
“Hazırda milliləşmənin yüksək nəticələri var. Sevindirici haldır ki, enerji və neft sektorunda 90 faizdən yuxarı milli vətəndaşların əməyindən istifadə olunur. Əməkçi bazarının dinamikasına baxsaq, milliləşmə tədbirləri öz nəticəsini verir. Çünki əvvəlki illərlə müqayisədə bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Bu, paralel tədbirlərin, yəni yerli işçi qüvvəsinin bilik və bacarığını artırmaq, onun əvəzlənməsi prosesini həyata keçirməkdir. Əvvəllər hər hansı tikinti və ya səhiyyə sektorunda əcnəbilər var idisə və indi bu gün onları yerli mütəxəssislər kompensasiya edirsə, bu, nəticə olaraq milliləşmənin göstəricisidir. Bu da təbii ki, kvotaya təsir edir”.
Miqrasiya rəisi əcnəbi şəxslər üçün iş icazəsi alındığını və icazə müddətinə görə dövlət rüsumunun dəyişdiyini bildirib:
“6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manatdır, 1 illik rüsumun qiyməti isə 1000 manatdır”.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR






.jpg)
.jpg)



.jpg)




.jpg)





















