Sosial
Azərbaycanın məşhur supermarketlər şəbəkəsində xeyli miqdarda zərərli məhsul aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin, o cümlədən bitki mühafizəsinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Publika.az-a Agentlikdən verilən məlumata görə, AQTA tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC tərəfindən Türkiyə Respublikasından ölkə ərazisinə idxal edilən naringi məhsuluna baxış keçirilib. Baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə edilib və zərərli orqanizmlərin təyin olunması məqsədi ilə nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub. Bildiririk ki, Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir.
Xarici karantin hesab edilən zərərli orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.
Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.
Məlumat üçün bildiririk ki, sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görnüşünü aşağı salmaqla yanaşı respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamamilə məhv olmasına səbəb olur.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


