Sosial
“Azərişıq” reydlərə başladı: bu şəxslər cəzalandırılacaq
Bir sıra abunəçilər qanunsuz olaraq elektrikölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir.
Publika.az xəbər verir ki, bunu Azərişıq ASC-nın enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
O bildirib ki, belə hallar əsasən fərdi yaşayış evlərində, MTK-larda, iaşə obyektlərində qeydə alınır: “Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq. Sayğaclara müdaxilə edən abunəçilərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək”.
Qurum rəsmisi onu da deyib ki, yaxın gələcəkdə 1 milyona yaxın sayğacın dəyişdirilməsi planlaşdırılır: “Son 5 ildə 1 milyon 200 min yeni sayğac quraşdırılıb. İndi isə 1 milyona yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






