Sosial
“Səsiniz olaq” xidmətindən 1000-dək şəxs faydalandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Səsiniz olaq” onlayn surdotərcümə xidmətindən fəaliyyətə başladığı dövrdən ötən 1 il ərzində 1000-dək şəxs faydalanıb.
Publika.az xəbər verir ki, ötən ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsi işini yerinə yetirir.
Xidmət vasitəsilə işarət dilini bilən operator eşitmə və nitq məhdudiyyətli şəxs ilə müraciət edilən qurum arasında virtual körpü rolunu oynayaraq real vaxt rejimində onlayn surdotərcümə xidmətini həyata keçirir.
Qeyd edək ki, bu inklüziv xidmət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionu üzrə ən yaxşı təcrübələrdən biri kimi qiymətləndirilib. "Səsiniz olaq" xidməti ÜST-nin Avropa regionunda əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmin edilməsi sahəsində uğurlu təcrübələri özündə əks etdirən nəşrinə daxil edilib.
Xidmətdən yararlanmaq istəyən vətəndaşlar “mygov” tətbiqi vasitəsilə xidmətə keçid edə və ya 055 213 19 97 əlaqə nömrəsinə “WhatsApp” və ya “Telegram” platformaları vasitəsilə müraciət edə bilərlər. Xidmət bazar günü istisna olmaqla, həftənin 6 günü – bazar ertəsindən şənbə gününədək saat 09:00–16:00 aralığında fəaliyyət göstərir.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
