Sosial
“Teleqraf” üçün özəl gün – 8 yaş
Bu gün “Gündəlik Teleqraf” media qrupunun fəaliyyətə başlamasının 8-ci ili tamam olur.
2012-ci ildə təsis edilən media qrupunun eyni adlı qəzeti martın 1-də çapdan çıxıb. Daha sonra qəzetin saytı – Teleqraf.com, bundan başqa, Publika.az və Axar.az saytları oxucuların görüşünə gəlib. Qısa müddətdə media qrupuna daxil olan saytlar ölkənin ən populyar media resurslarına çevrilib.
Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir. Siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edən Teleqraf.com eyni zamanda müxtəlif layihələri ilə məşhurdur.
Bu layihələrdən “Brifinq”, “Hadisə yerindən...” “Məşhur məktublar”, “Muzeydə bir gün”, “Danışan şəkillər”, “Avtoportret”, “Cinayət işi”, “Üçü birində...”, “Tozlu xatirələr” və s. qeyd etmək olar.
Ölkənin ən tanınmışları – ictimai xadimləri, siyasətçiləri, elm və mədəniyyət adamları, ən aktual mövzularla gündəmə gəlmiş yerli və xarici qonaqları, diplomatları redaksiyanın ofisində qonaq olub, əməkdaşlarla tanış olub, sualları cavablandırıb, özəl foto çəkdiriblər.
“Gündəlik Teleqraf” MMC-yə daxil olan Teleqraf.com saytı ilə yanaşı, bu gün Publika.az xəbər portalının da ad günüdür. Saytlar 8 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan saytlarına çevrilib.
Bu müddət ərzində Teleqraf.com-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


