Sosial
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası aztəminatlı ailələrə dəstək oldu
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) xüsusi karantin rejimi müddətində 220-dək aztəminatlı ailəyə ərzaq yardımı və maddi dəstək göstərib.
Assosiasiyadan Publika.az-a bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də AQSİA-ya yönləndirdiyi ailələr də ərzaq yardımları ilə təmin olunub.
Sosial aksiyanın paytaxtın Binəqədi, Yasamal, Suraxanı, Nərimanov, Sabunçu, Nizami rayonlarını, eləcə də Abşeron rayonunu əhatə etdiyini deyən AQSİA-nın sədri Səkinə Babayeva humanist addımı həyata keçirməyə dəstək olan, hər zaman öz insansevərliyi ilə seçilən assosiasiya üzvlərinə təşəkkürünü bildirib: “Bu xeyirxah missiya çərçivəsində həyata keçirdiyimiz layihədə dövlət qurumlarından və sosial mediadan bizə verilən ünvanlardakı aztəminatlı ailələri, həmçinin sosial şəbəkələrdən bizə üz tutan insanların qismən də olsa ərzaqla təmin etməyə çalışmışıq. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının xeyriyyə aksiyaları karantin müddətinin sonunadək davam edəcək”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
