Sosial
AQTA-dan fermerlərə COVID-19 dan qorunmaq üçün zəruri TÖVSİYƏLƏR
Fermerlər COVID-19 virusundan qorunmaq üçün bəzi qaydalara əməl etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları gübrə və kimyəvi vasitələrdən istifadədə, budama, alaqlama zamanı sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Publika.az-a verilən məlumata görə, təsərrüfatda çalışan digər şəxslərlə azı 2 metrlik məsafə saxlanmalıdır. Xəstəlik simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır. Təsərrüfatda işə başlamazdan əvvəl və sonra əllər 20 saniyə sabunlanaraq axar su altında yuyulmalıdır. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün iş prosesi zamanı əllərin spirt tərkibli antiseptik vasitə ilə təmizlənməsi vacibdir. Çirkli əllərlə ağız, burun və gözlərə toxunmaq olmaz.
Bununla yanaşı xüsusilə, heyvandarlıq sahəsində çalışan şəxslər fərdi mühafizə vasitələri ilə təchiz edilməli, maska taxmalıdırlar. İş paltarını, qoruyucu əlcək və maskanı, eləcə də boşqab, stəkan, dəsmal və bu kimi digər əşyaları başqaları ilə qətiyyən ortaq istifadə etməməlidirlər. Xatırladaq ki, istifadə edilən maska və əlcək gigiyena qaydalarına uyğun çıxarılmalı və dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər spirt məhlulu ilə təmizlənməli və ya sabunla yuyulmalıdır. İş prosesində geyinilmiş paltarı isə mütləq 60°-də yuyucu vasitələrlə yumaq lazımdır.
Heyvandarlıq təsərrüfatlarında çalışan, istərsə də şəxsi istehlakı üçün məhsul istehsal edən maldarlıq təsərrüfatında işləyən şəxslər xüsusi geyim və ayaqqabıda olmalıdırlar. Mal-qaraya qulluq zamanı, yemlədikdən sonra əllər sabunla yuyulmalı və ya spirt tərkibli antiseptik vasitə ilə təmizlənməlidir. Təsərrüfatda çalışanlar fermaya girərkən və çıxarkən ayaqqabıları müvafiq dezinfeksiyaedici məhlulla təmizləməlidirlər. Böyük təsərrüfatlarda işçilər üçün paltardəyişmə otaqlarının, dolabların olması şərtdir. Xəstəliklərə yoluxma riskini artırmamaq üçün zərurət olmadıqca insanların sıx toplaşdığı heyvan satışı obyektlərinə getməmək tövsiyə olunur.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)


















.jpg)






.jpg)


