Sosial
Aliment borcunu evdən çıxmadan ödəmək mümkün olacaq - YENİLİK
"Pandemiya dövründə Azərbaycanda 300 nəfərə yaxın şəxsin məhkəməsi onlayn qaydada keçirilib".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
Ağakərim Səmədzadə bildirib ki, videokonfranslar vasitəsi ilə cəzasının bitməsinə az müddət qalan məhkumların işinə baxılıb. 300-ə yaxın şəxsin azadlığa çıxması ilə bağlı qərar qəbul edilib.
O həmçinin qeyd edib ki, karantin dövründə aliment kimi ödənişlərin ödənilməsi vacib məsələdir. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib. Karantin rejimi dövründə alimentlər elektron qaydada ödənilə biləcək.
İdarə rəisi qeyd edib ki, artıq aliment ödənişlərinin də onlayn qaydada ödənilməsinə şərait yaradılıb.
“Ona görə də biz “ASAN ödəniş” və bir sıra tətbiqlərdə əksər borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq.
Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Hansısa səbəbdən nağdsız ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyulan qadağadan qurtula biləcək. Vətəndaş borcu ödəyən kimi, biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxışına qoyulan qadağa götürüləcək".
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi

















.jpg)













.jpg)
.jpg)

