Sosial
Tanınmış ziyalılardan SƏRT SÖZLƏR: "Soyadların milliləşdirilməsinin çoxdan vaxtı çatıb, nəyi gözləyirik?"
Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi vaxtdan bu günə qədər ən çox müzakirə olunan mövzulardan biri də soyadların milliləşdirilməsidir. Ancaq hələ də bu məsələ gün üzü görməyib. Ailələr övladlarına "ov", "yev" sonluqlu soyadlar verməkdə davam edir.
Tacikistan isə artıq soyadların sonuna əlavə edilən "ov", "yev" və bu tipli şəkilçilərdən imtina etmək qərarına gəlib.
Publika.az məsələ ilə bağlı ziyalıların fikirlərini öyrənib.
Deputat, Xalq şairi Sabir Rüstəmxanlı soyad məsələsinin ailə tərbiyəsini, milli şüuru və dövlət siyasətini özündə ehtiva etdiyini bildirib:
"Rusiya və imperiya bizdən əl çəkib. Amma biz hələ də Rusiyadan uzaqlaşa bilmirik. Soyad məsələsi milli kimliyi vurğulayan əsas mövzulardan biridir. 1992-ci ildə bu barədə qərar qəbul olunub ki, kim istəsə, "ov" və "yev" şəkilçisindən, sonluğundan imtina edib, milli şəkilçi istifadə edə bilər. Şəxsən belə bir qərar gözləyirdim ki, müəyyən müddət ərzində ruslardan ötürülmə bu sonluqlardan tamamilə xilas olaq. 1992-ci ildən bu proses başlasaydı, təqribən 30 il müddətində "ov" və "yev" sonluqlu soyadlara rast gəlmək mümkün olmazdı. Ancaq fikir verirəm ki, dünyaya göz açan körpələrin çoxuna bu soyadlar qoyulmağa davam edir. Yəni bu ailələrdə heçmi milli şüur, milli düşüncə hissi yoxdur?
Bəlkə də qəsdli şəkildə milli ideallarımıza xidmət edən bu cür mühüm məsələlərə mənasız mövzu kimi yanaşıb, onun həyata keçməsinə mane olurlar. Bütün detalları üst-üstə yığanda görürəm ki, içimizdə milli xəyanət düşərgəsi var. O xəyanət düşərgəsi imkan vermir ki, Azərbaycan bir çox tarixi dəyərlərinə yenidən qovuşsun. O cür şəxslərdir ki, yenidən Rusiya və Moskva aşiqliyini övladlarına aşılayırlar. Sanki bunlar yenidən SSRİ-ni qaytaracaqlar. Başa düşmürlər ki, SSRİ qayıtmaz, bitdi. Heç bir imperiya dağılandan sonra yenidən bərpa olunmur. Çar Rusiyası adını dəyişdi, yaşadı, ancaq o da 70 ildən sonra dağıldı.
Öz dövlətimizi möhkəmləndirmək haqqında düşünmək lazımdır. Bəzi məmurlara bu məsələni çatdıranda, deyirlər bizdə qadağa yoxdur, kim istəyir dəyişsin. Məsələ burasındadır ki, yeni doğulan uşaqlara milli soyad verilsəydi, indi əhalinin 70-80%-i milli soyadla yaşayırdı".
Dilçi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli bir etnosun başqa bir millətin soyadını daşımasının ağlasığmaz və qəbuledilməz olduğunu deyib:
"Milli soyad mövzusunun müzakirəyə çıxarılması mütləqdir. Çünki çox ciddi və vacib məsələdir. Bu məsələ çoxdan qaldırılmalı idi. Soyadların milliləşdirilməsi haqqında ölkə başçısının fərmanı var. Mən də öz növbəmdə Prezidentin fərmanını əsas tutaraq, soyadımı dəyişib "Veysəlli" qoydum. O zaman mətbuatda gedən yazılardan belə başa düşdüm ki, bəziləri milli soyadı qəbul etməyə cəsarət etmir. Səbəb kimi də soyadları ilə tanınmağı, məşhurlaşmağı qeyd edirlər. Bu, absurd yanaşmadır. Qəti fikrim belədir ki, Tacikistan düzgün addım atıb. Biz də bu məsələni gec-tez həll etməliyik. Birmənalı şəkildə vurğulayıram ki, nə qədər qısa zamanda soyadlar milliləşsə, o qədər bizim xeyirimizə olar. Xalqların böyük əksəriyyəti öz soyadları ilə tanınır. Soyadların milliləşdirilməsinin çoxdan vaxtı çatıb".
Məhərrəm
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ











.jpg)












