Sosial
Soyadların milliləşdirilməsi milli şüurun inkişafı və fərdi istəklə bağlı olmalıdır - ŞƏRH
"Soyadların milliləşdirilməsi hansısa qanunla yox, könüllülük prinsipi ilə həyata keçirilməlidir".
Publika.az xəbər verir ki, bunu Tacikistanın "ov", "yev" soyad sonluqlarından imtina etmə qərarına münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Akademik bu məsələnin fərdi istək əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib:
"Azərbaycan demokratik ölkədir və plüralizm şəraitində yaşayırıq. Hər kəsin özünün müstəqil fikri var. Təzyiqlə və ya hansısa ümumi bir qərarla soyadların milliləşdirilməsinin tərəfdarı deyiləm. Soyadların milliləşdirilməsi könüllülük prinsipi əsasında olmalıdır. Milli Məclisdə dəfələrlə müzakirələr olub, müəyyən təkliflər irəli sürülüb. Milli soyadları qəbul edənlər də var. Sadəcə qərarla, qanunla bunun həyata keçirilməsi düzgün deyil, məncə. Ancaq bunu da qeyd edim ki, heç olmasa bizim gənclərimiz, körpələrimizin soyadlarına "lı" sonluğu əlavə olunsa, daha yaxşı olar".
Məhərrəm
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif






.jpg)













.jpg)














