Sosial
Soyadlarımızı milliləşdirməyə çox gecikmişik - Firudin Cəlilovdan TƏKLİF
Soyad sonluqlarını dəyişdirmək üçün çox gecikmişik. Köhnə nəslin soyad sonluğu dəyişməsinin artıq bir mənası yoxdur. Bəzi ziyalılarımızın, elm adamlarının, şair və yazıçılarımızın soyad dəyişməsi doğru olmazdı. Çünki onların kitabları, elmi əsərləri o soyad ilə çıxıb Məsələn, əvvəlki kitablarımı Cəlilov soyadı ilə çap etmişəm, amma son 20 ildə çıxan kitablarımda Ağasıoğlu soyadından istifadə edirəm. Ancaq görürəm ki, mənim kitabımdan istifadə edənlər başqa müəllif kimi müqayisə edirlər. Deyirlər ki, Ağasıoğlunun kitabında bu cür yazılıb, amma Cəlilov belə qeyd edib. Ona görə də ziyalıların soyadını dəyişməsi gecikib.
Bu sözləri Publika.az-a açıqlamasında sabiq Təhsil naziri, professor Firudin Cəlilov deyib.
Onun sözlərinə görə, yeni dünyaya gələnlər, gənclər üçün soyadın milliləşməsi çox vacibdir.
Firudin Cəlilov qeyd edib ki, soyad sonluqlarının dəyişdirilməsinin çox qarışıq tərəfləri var: "Biz parlamentdə qəbul etdik ki, soyad sonluğunu dəyişmək sərbəstdir, kim soyadını necə istəyir, elə də dəyişsin. Amma təklif etmişdik ki, "lı" şəkilçisi ilə daha uğurludur. Lakin bu model az istifadə olundu. Məsələ qaldırdıq ki, soyadlarımızı milliləşdirin. Çox insan "zadə" sonluğunu yazdırdı. Məsələn, soyadı Məmmədov idi, dəyişdirdi Məmməmdzadə etdi. Burda heç bir fərq yoxdur, "zadə" fars şəkilçisidir. Ona görə bu çox qarışıq məsələdir. Mütəxəssislər toplaşıb bunun asan yolunu tapmalıdırlar".
Professor vurğulayıb ki, "ov", "yev" sonluqları da mübahisəlidir: "Mən düşünürəm ki, ruslar o sonluğu bizdən götürüblər. Çünki rusların milli soyad sonluqları "iç" və ya polyaklarda olduğu kimi "ski" şəkilçiləri ilə qurtarır. "lı" şəkilçisi həm yer adına qoşula bilir, həm də soyad sonluğuna. Bu, hansı soya, hansı bölgəyə aid olduğunu göstərir. Əvvəllər "gil" şəkilçisindən də istifadə etmişik. İndi çox az adamda bu şəkilçiya rast gəlirəm. Soyad sonunda "uşağı" sözündən də istifadə edənlər var idi. Lap qədimlərdə isə soyad əvəzinə hansı soydan olduğu göstərilirdi. Məsələn, "Salur Qazan xan". Qazan xanın Salur boyundan olduğunu göstərir. Amma ən münasib olanı "lı" şəkilçisidir. Bizdə soyad dəyişmə prosesi də xarici ölkələrlə müqayisədə çətin prosesdir. Təklif edərdim ki, valideynlər yeni dünyaya gələn övladlarının soyadını milli formada yazdırsınlar".
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





