Sosial
“ASAN xidmət” mərkəzləri sərt karantin rejimində necə işləyəcək?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən aidiyyəti “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti də məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.
Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO







.jpg)

.jpg)




























