Sosial
155 obyekt sanitar-epidemioloji tələbləri pozdu - FOTO
Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 12-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda Nizami Nəbiyevə, Ülvi Vəliyevə, Mohammedesmail Gitipazhouha məxsus “Mərmər” mağazalarında, “Gold dent” pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Həsən Əliyevə məxsus “Parfümeriya” mağazasında, Yasamal rayonunda “Penti Geyim mağazası”nda, “Caspian market”də, “Frish cafe”də, “Zeytun Aptek”də, "Epidibiomed" MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Rio” pərakəndə ticarət obyektində, “Hottqand mağazası”nda, “Avropa Aptek”də, Sabunçu rayonunda “Ay Store Market”də, Nizami rayonunda “Oba market”də, Abşeron rayonunda “Bol market”də, “Nur mobile”də, “Tez-bazar”, “Çiçəyim gül salonu”, “İnşaat Materialları” ticarət və xidmət obyektlərində, Mənsur Məmmədova məxsus “Kafe”də, Novruz Əliyevin “Bakı kafesi”ndə, Ağdaş rayonunda “Əziz inşaat”, “Angel geyim”, “Soliton” mağazalarında, “Estella gözəllik”, “Sabina gözəllik” salonlarında, “Lion pub çay” ictimai iaşə obyektində, Füzuli rayonunda Səyavuş Hacıyevə məxsus pərakəndə satış, Hafiz Zeynalova məxsus tikinti materiallarının satışı mağazalarında, Qusar rayonunda "Real market"də, "Ailəvi çay evi”ndə, "Puls" MMC-nin "Aptek"ində, Daşkəsən rayonunda “Arzu market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Sərhəd Market”də, “Girdiman Market”də, “Xəyal Market”də, “Orxan Market”də, “Green Park”, “Soyuq Bulaq” istirahət mərkəzlərində, “Aptek Zeytun 4”də, Masallı rayonunda “Usta Evi” təsərrüfat malları mağazasında, Vüsal Mirişovun “Market”ində, Söhbət Sultanovun pərakəndə ticarət obyektində, ümumilikdə monitorinq aparılmış 383 obyektin 155-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Qeyd edək ki, mayın 22-dən iyunun 13-dək 5759 sahibkarlıq subyektində monitorinq keçirilib və 2528 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR










.jpg)



.jpg)






















