Sosial
Bu il dah 443 arterizan quyusu qazılacaq
“Hər il 300 quyu qazılırdısa, bu il artıq 400 quyu qazılacaq. Goranboy rayonu üçün də 43 quyu ayrıca nəzərdə tutulub – birlikdə 443 quyu. Onların qazılması üçün bayaq ortaya çıxan suallar var idi ki, bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəqəmlərlə, ölçülərlə quyuların yeri yerli icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirilib”.
Publika.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, tender sənədləri hazırlanaraq bu işlərə başlanılıb. Belə ki, artıq 200-ə yaxın quyuda işlər tamamlanıb, elektrik enerjisinə qoşulması məsələsi qalıb:
“Biz “Azərişıq”dan xahiş etmişik ki, bunları qoşsunlar, istifadəyə verək. Biz ilin axırınadək 443 quyunun hamısını qazıb istismara təhvil verəcəyik. Yəni, bu quyular çox vacibdir. Cənab Prezident, amma respublikada yeraltı suların səviyyəsinin aşağı düşməsi prosesi də gedir. Əvvəllər quyu saniyədə 40 litr su verirdi, indi 25 litr su verir.
Köhnə quyuların suyu azalıb və eyni zamanda, enerji sərfiyyatı artıb. Bu il biz quraqlığa görə harada ki, su mənbəyi məlumdur, artezianlar və nasos stansiyaları var, orada tam sutka ərzində əhalini su ilə təmin edirik. Bizim artezian quyular içməli suyu, suvarma suyunu seçmir. Harada nə imkan var, eyni zamanda, mal-qara baxılması üçün su verilib. Sizin su təsərrüfatı ilə bağlı gördüyünüz işlərdən kəndlərdəki camaat da çox razıdır”.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir









.jpg)











.jpg)

.jpg)












