Sağlamlıq
Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin
Soyuq havada isti qəhvə içmək boğazın selikli qişasını quruda, qıcıqlandıra və onu infeksiyalara qarşı daha həssas edə bilər.
Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu otorinolarinqoloq Yekaterina Krasnoşeyeva bildirib.
Həkimin sözlərinə görə, kəskin soyuq udlağın selikli qişasındakı damarları daraldaraq qan dövranını zəiflədir. Çox isti içkilər isə səthi hüceyrələrin zədələnməsinə səbəb ola bilər. Temperaturun tez-tez dəyişməsi selikli qişanı qıcıqlandırır və qurudur.
Mütəxəssis bildirib ki, temperaturu 65 dərəcədən yüksək olan içkilər ağız boşluğunun, udlağın, hətta qida borusunun selikli qişasında yanıq yarada bilər.
Belə zədələnmənin əsas əlamətləri nəfəs almaqda çətinlik, yanma və keyimə hissi, dilin, damağın və dodaqların qabıqlanması, udqunma zamanı ağrı və boğazda düyün hissidir.
Həkim soyuq havada qəhvənin 40-50 dərəcə temperaturda içilməsini tövsiyə edib.
Müəllif: Roza
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?

















.jpg)











.jpg)
.jpg)








