Sosial
Bakı çimərliklərində mövcud kvota artırıla bilər
Bakıda fəaliyyət göstərən çimərliklərdə kvotanın artırılması təhlil olunur.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib.
O, qeyd edib ki, icra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər.
Qeyd edək ki, BŞİH rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maarifləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə çatdırılır.
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb






.jpg)

.jpg)

.jpg)












.jpg)




.jpg)









