Sosial
İşsizlərə ŞAD XƏBƏR: Sığorta ödənişi almaq asanlaşır
“Sosial sığorta haqqında" Qanuna uyğun olaraq iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir. Əvvəlki qaydaya görə, işsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalı idi və son 24 ayın 12 ayından çox işləyən vətəndaşlar müavinəti “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq hissə-hissə ala bilərdilər.
Publika.az xəbər verir ki, həmin vətəndaş üç ildən beş ilədək sığorta olduqda orta aylıq əmək haqqının 50, beş ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizi qədər müavinat alırdı. İndi isə İşsiz statusu alan və əmək müqaviləsinin müddəti bitən şəxslərin işsizlikdən sığorta ödənişi alması asanlaşacaq.
Bu məsələ Milli Məclisdə müzakirə edilən “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklik nəticəsində mümkün olacaq. "Yeni qanunun qəbulu “Sosial sığorta haqqında” Qanunun daha çox insanı əhatə etməsinə səbəb olacaq. Daha dəqiq desək bir il ərzində 30-40 min arası şəxsin yararlanmasına səbəb olacaq".
Bunu Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddinqızı Baku.tv-yə müsahibəsində qeyd edib. Hazırda işsizlikdən sığorta ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dərhal həmin vətəndaşın mobil telefonuna SMS vasitəsilə təmin edilir. Vətəndaşın mobil telefonu olmadıqda, yaxud SMS gəlmədikdə yaşadığı rayonun məşğulluq mərkəzinə müraciət etmək olar.
Ötən il 1.700 nəfərdən çox adama iki milyon manata yaxın sığorta ödənişi verilib.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO


















.jpg)
















