Sosial
Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə avtomobil ehtiyat hissələrinin, siqaretlərin, müxtəlif mənşəli yağların, pəhriz çayları, həmçinin kosmetik vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd “DAF” və “Mercedes Benz Actros” markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 1020 ədəd pəhriz çayları, 45 ədəd kosmetik vasitə, 14 ədəd müxtəlif adda yağ, həmçinin 400 ədəd “Marlboro” markalı siqaret və 14 ədəd avtomobil ehtiyat hissələri aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq































