Sosial
“Şeyxülislamın Nobelə namizəd göstərilməsini Azərbaycan xalqı üçün şərəfdir”
“Dünyadakı dinlərarası və mədəniyyətlərarası dialoqlarda şeyx həzrətlərinin xüsusi rolu var. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin özü bir çox konfranslar və tədbirlər təşkil edib. Bu tədbirlər təkcə Azərbaycan və Qafqazı deyil, bütövlükdə dünyanı əhatə edir. Şeyxin başçılığı ilə görülən tədbirlər dünyada sülhün və əmn-anamlığın təmin olunmasına xidmət edir. Odur ki, bu il Azərbaycandan bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizəd göstərilməsi həqiqətən də gözəl təşəbbüsdür”.
Bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Publika.az-a açıqlamasında deyib. Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizəd göstərilməsini əlamətdar hadisə kimi qiymətləndirən rektor bu xəbərin irəli sürülməsi və qeydə alınmasının erməniləri təşvişə salmasından da söz açıb:
“Bilirik ki, ermənilər Azərbaycanla bağlı istənilən müsbət hadisəni qısqanclıq və kinlə qarşılayır. Bu, bariz erməni xislətinin nüməsidir. Onlar həmişə qərəzli mövqe tutur və ölkəmiz haqqında çıxan bütün xoş xəbərləri mənfi istiqamətdə yozumlağa meylli olurlar”.
Tanınmış politoloq Qabil Hüseynli şeyxülislamın bu mükafata namizəd göstərilməsini Azərbaycan xalqı üçün şərəf olduğunu qeyd edib:
“Allahşükür Paşazadə illədir ki, bütün Qafqaz xalqları arasında təmsil etdiyi dinin tolerantlığını, humanist dəyərlərini təbliğ edir və bütövlükdə İslamın yüksək keyfiyyətlərinin qəbul edilməsində böyük rol oynayır. O, Qafqazın müsəlman xalqları arasında birliyin yaradılması, eləcə də islamın provaslov, katolik və digər dinlərlə əlaqələrinin tolerant və multikultural formada formalaşmasında çox böyük əmək sərf edib. Bu nöqteyi nəzərdən şeyxülislamın Nobel Sülh Mükafata namizəd göstərilməsini Azərbaycan xalqı üçün şərəf bilirəm. Ümid edirəm ki, o, bu mükafata layiq görüləcək və bununla multikultiralizmin Azərbaycan formasını bütün dünyada populyarlaşmasında böyük töhfə olacaq.
Ümumiyyətlə son dövrlərdə Azərbaycan multikulturalizmi və onun yeni çalarları bütün dünyada diqqəti cəlb edir. Müstəqil dövlətimizin bu istiqamətdə millətlərarası və dinlərarası münasibətləri, həmçinin multikulturalizmlə bağlı digər məsələlərin inkişafına dair səylər göstərilir. Bu səylərin nəticəsində ölkədə multikultural durum yaxşılaşdırılıb, Qafqaz Müsəlmanları İdarəsi üçün də gözəl şərait yaradılıb. Qafqaz Şeyxi bu yüksək mükafata layiqdir”.
Şeyxlə bərabər ABŞ prezident Donald Trampın, Boliviyanın keçmiş prezidenti Evo Moralesin də 2020 Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinə isə politoloq belə münasibət bildirib:
“Əlbəttə ki, Şeyxülislam Paşazadənin sözügedən mükafata daha çox layiq olduğunu düşünürəm, millətimin nümayəndəsidir, millətim üçün çalışır. Vətəndaş kimi şeyxin namizədliyini daha üstün tuturam və onun qalib gəlməsini istəyirəm”.
Aytən Məftun
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi

















.jpg)













.jpg)
.jpg)

