Sosial
Azərbaycanın ilk mediatorları ilə görüş keçirildi - FOTO
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş mediatorların iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Mirzəyev çıxış ediblər.
Natiqlər mediasiya institutunun tətbiqindən, bu sahədə beynəlxalq təcrübədən bəhs edib, ilk mediatorların qarşısında duran vəzifələrdən danışıb, onlara uğurlu fəaliyyət arzulayıblar.
Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində, məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiyanın tətbiqi üzrə önəmli addımlar atılıb, o cümlədən "Mediasiya haqqında Qanun" qəbul edilib, həmin Qanuna və dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq Mediasiya Şurası yaradılıb. Bu sahədə Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində mediasiya üzrə təlimçilər hazırlanıb, Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul olunub və beynəlxalq ekspertlər cəlb olunmaqla mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.
Akademiya tərəfindən "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na uyğun olaraq mediator olmaq istəyən şəxslərin ilkin hazırlıq kurslarına başlanılıb. Kurslarda beynəlxalq ekspertlər Ruslan Mirzəyev və Adi Gavrilla tərəfindən mübahisə nəzəriyyəsi, mübahisənin təhlili və dinamikası, mediasiyanın əsasları, mübahisələrin alternativ həlli, mediasiya prosesi və mərhələləri, mediasiyanın əsas prinsipləri (konfidensiallıq, bitərəflik/müstəqillik, qərəzsizlik, könüllülük) və digər aktual mövzular tədris olunub, praktiki məşğələlər keçirilib.
Kursun yekunu üzrə müvafiq imtahan keçirilərək 49 nəfər uğur qazanıb və onlar "Mediatorların ilkin hazırlıq kursu"nu bitirməklə bağlı sertifikata layiq görülüblər.
Ədliyyə Akademiyası tərəfindən mediator olmaq istəyən şəxslərin sənədlərinin qəbulu davam etdirilir və Avropa İttifaqının dəstəyi ilə müraciət etmiş növbəti qrup namizədlərin təlimlərə cəlb olunması, habelə respublikamızın bütün regionlarında mediasiya üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





