Sosial
İstənilən şəxs ianələrin hara və necə xərcləndiyini görəcək - Ülvi Mehdiyev
Yeni yaradılan "YAŞAT" Fondu şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına dövlət dəstəyinə əlavə olaraq yaradılan bir fonddur.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyev bildirib ki, son dövrlərdə vətəndaş cəmiyyətinin üzvləri şəhid ailələrinə və Qarabağ veteranlarına dəstək olmaq istəyirlər.
Ü.Mehdiyev vurğulayıb ki, Fondun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti üzvlərinin şəhid ailələrinə və Qarabağ veteranlarına dəstəyinin şəffaflaşdırılması üçün plaftorma yaratmaqdır: “Orada şəhidlər və yaralılar barəsində ətraflı məlumat əks olunacaq. İstənilən şəxs həmin platforma vasitəsilə şəhid ailələrinə və yaralılara ayırdığı ianənin hara və necə xərcləndiyini görəcək. Bir sözlə bu fond cəmiyyətimizin, vətəndaşlarımızın fondu olacaq. Bu elə bir platforma olacaq ki, hər kəs burada ianələrin hara və necə xərcləndiyini açıq aydın görəcək. Eyni zamanda hər bir ianə edən şəxsin bu platformada kabineti olacaq və o kabinet vasitəsilə ianə edən şəxslərin vəsaitinin hara xərcləndiyi, o cümlədən ianə edilən ailə haqqında məlumat əldə ediləcək”. (trend)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





