Sosial
Şəhid ailələri və yaralıların ehtiyacları BELƏ MÜƏYYƏNLƏŞDİRİLƏCƏK
Şəhid ailələrinin, Qarabağ müharibəsi yaralılarının yeni yaradılan “YAŞAT” Fonduna müraciət etməsinə ehtiyac yoxdur. ASAN könüllüləri özləri hər bir şəhid ailəsinə və yaralıya baş çəkərək onların ehtiyaclarını müəyyənləşdirəcək.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev.
Ü.Mehdiyev bildirib ki, artıq ASAN xidmətdə bütün şəhid ailələrinin və yaralıların ünvanları var.
Onun sözlərinə görə, rayonlar üzrə ASAN könüllülərindən ibarət qruplar yaradılacaq və hər bir ünvana baş çəkiləcək: “Bir məsələni şəhid ailələrinin, yaralıların nəzərinə çatdırmaq istəyirəm ki, biz demirik ki, siz harasa müraciət edin. Şəhid ailələrinə biz özümüz gedəcəyik, ehtiyacları müəyyənləşdirəcəyik və bu fond vasitəsilə vətəndaşlara çatdıracağıq. Kiminsə harasa müraciət etməsinə ehtiyac yoxdur. Biz günü sabahdan könüllülərimizlə birgə hər rayon üzrə ailələrə baş çəkəcəyik. Qısa müddətdə hər bir şəhid ailəsinə və yaralıya baş çəkiləcək və onların ehtiyaclarını müəyyənəşdirəcəyik”.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi










.jpg)

























.jpg)


