Sosial
Bir qrup şəhid ailəsi üçün kiçik təsərrüfatlar yaradıldı - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının və erməni terrorundan əziyyət çəkən mülki şəxslərin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməsi prosesini davam etdirir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu dəfə kiçik təsərrüfatlar Bərdə, Tərtər və Hacıqabulda yaradılıb. Şəhid Əzizov Ayşadın atası Qaryağdı Əzizova, şəhid Xudayar Yusifzadənin qardaşı Yusif Yusifzadəyə, şəhid Təhməzov Əlzaminin həyat yoldaşı Günay Təhməzovaya, müharibə iştirakçısının ailə üzvü Məsudə Musayevaya heyvandarlıq sahəsi üzrə aktivlər təqdim edilib.
Eyni zamanda şəhidimiz Alışov Samir Cəlil oğlunun ailəsinə özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanlar verilib. Xatırladaq ki, həmin şəhidimizin və şəhid Xudayar Yusifzadənin ailələrinin ev şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə onlar üçün fərdi yaşayış evlərinin tikilməsi də qərara alınıb.
Erməni terroru nəticəsində evləri dağıdılmış, təsərrüfatları məhv edilmiş şəxslərin də sosial dəstəklə təmin edilməsi işləri davam edir. Özünüməşğulluq proqramı çərçivəsində Tərtər və Bərdədə Gülbadam Xəlilova, Fəxrəddin Salayev və Firuzə Məmmədovaya heyvandarlıq təsərrüfatlarını yaratmaları üçün iribuynuzlu heyvanlar verilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
