Sosial
Rüşvət alan icra başçısını hansı CƏZA GÖZLƏYİR?
Bir neçə gün əvvəl saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova qarşı irəli sürülən ittihamlar açıqlandı. Maraqlıdır, sözügedən ittihamlara əsasən sabiq başçını neçə il həbs cəzası gözləyir?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, sabiq başçıya qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, onu 15 ildən artıq həbs cəzası gözləyir:
"Cəlilabadın sabiq icra başçısına qarşı irəli sürülən ittihamlara cinayətlərin məcmusu və toplusu ilə qiymət verilərsə, bu, ağır cinayətlər kateqoriyasına daxil olacaq. Bu cinayətlər sübuta yetirilərsə, Namiq Zeynalov ən azı 15 il müddətində azadlıqdan məhrum edilə bilər".
Səməd Vəkilov onu da bildirib ki, Cəlilabadın sabiq başçısı vəzifədə olduğu müddətdə vətəndaşların şikayəti ilə maraqlanmayıb və bununla bağlı rayon sakinləri sabiq başçıdan daim narazı olublar.
Hüquqşünas sabiq başçıdan şikayətçi olanlardan birinin də hüquqlarını müdafiə etdiyi Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Abbasov olduğunu qeyd edib.
Belə ki, Namiq Zeynalov və qurumun məsul şəxsləri Nazim Abbasova 20 min manatdan çox olan borcunu ödəməmək üçün saxta yolla özünü fəaliyyət qabiliyyətini itirmiş şəxs kimi təqdim edən Samir Abbasovun əməlinə qarşı hansısa səbəbdən biganə yanaşıblar:
"Samir Abbasov qohumu Nazim Abbasova olan borcunu ödəməsin deyə, saxta yolla özünü fəaliyyət qabiliyəti olmayan şəxs kimi təqdim edib. Bu məsələ ilə bağlı dəfələrlə sabiq icra başçısına və məsul şəxslərə müraciət edilsə də, hansısa səbəbə görə onlar qanunsuzluğa göz yumublar. Samir Abbasovun fəaliyyət qabiliyyəti olmayan şəxs olmasının əksini sübut edən foto və görüntülər var. Bundan başqa, o şəxs fəaliyyət qabiliyyətini itirdiyi üçün İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməli idi. Lakin komissiya bununla bağlı müraciət olmadığını bildirdiyi halda Samir Abbasovun özünü bu cür təqdim etməsinə qarşı heç bir addım atmayıb".
Qeyd edək ki, sabiq başçı Namiq Zeynalova qarşı Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığ) maddələri ilə ittiham irəli sürülüb.
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ
-
Magazin120 Dekabr 21:48Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı










.jpg)












