Sosial
Parça maska taxanlar cərimələnəcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud fikirlər əhali arasında narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev sözügedən iddiaların əsassız olduğunu deyib.
O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskaların çeşidlərinə və ya rənglərinə hər hansı bir məhdudiyyət tətbiq olunmur:
“Sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə ərazisində bütün qapalı və açıq məkanlarda, ictimai yerlərdə müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Xatırladım ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
