Sosial
Şəhid Arəstə Baxışovanın ailəsinə DƏSTƏK - FOTO
Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan Arəstə Baxışovanın ailəsi də sosial dəstəklə əhatə olunub.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailə ilə görüşüb, vəziyyəti ilə tanış olub və göstəriləcək dəstək istiqamətlərini müəyyən ediblər.
Ailə 7 nəfərdən ibarətdir (Şəhidin 2 övladı, anası, qardaşı, qardaşının yoldaşı və iki uşağı). Şəhidin anası və qardaşı işləyirlər, birgə əməkhaqları 800 manatdır.
Ehtiyac meyarları nəzərə alınaraq və müraciət olunmasına texniki dəstək göstərilməklə, ailəyə aylıq 400 manat ünvanlı yardım təyin edilib.
Şəhidin 9 və 12 yaşlarında iki övladı – Mərdan və Zəhra rəsmi olaraq artıq nənələrinin himayəsinə verilib. Bununla əlaqədar nənə qəyyum kimi aylıq müavinət (100 manat) alacaq.
Habelə ailəyə dəfn birdəfəlik müavinət (300 manat) veriləcək. Bununla yanaşı ailənin Prezidentin aylıq təqaüdü (300 manat), şəhidin hər uşağına aylıq müavinət, ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və s. xərclər üçün aylıq müavinətlə təmin edilməsi istiqamətində sənədləşmə işləri yekunlaşmaq üzrədir.
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































