Sosial
Azərbaycanın dostu İsmayıllıda duz-çörəklə qarşılandı - VİDEO
Rusiyalı siyasətçi, televizya aparıcısı və ictimai xadim Maksim Şevçenko İsmayıllıda səfərdə olub.
Publika.az xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov "Facebook"da paylaşım edib.
İvanovka kəndinə gedən qonağı malakanlar adətlərinə uyğun olaraq duz-çörəklə qarşılayıb. Kənd ağsaqqallarının da iştirakı ilə səmimi görüş keçirilib, qonağın şərəfinə Azərbaycanda fəaliyyət göstərən yeganə kolxozun məhsullarından ibarət süfrə açılıb. İvanovka Mədəniyyət Mərkəzində fəaliyyət göstərən malakan folklor qrupu mahnı və rəqslər ifa ediblər.
Daha sonra qonaq mərkəzin nəzdində fəaliyyət göstərən muzey, Heydər Əliyev fondu tərəfindən yeni inşa olunan uşaq baxçası və qədimi molakan evi ilə tanış olub, 1941-1945 müharibəsi abidəsini ziyarət edib. Kənd ictimaiyyəti ilə görüşüb onların yaşayışı ilə maraqlanan M.Şevçenko kəndə vəfat edən 1936-cı il təvəllüdlü ağsaqqalın dəfn mərasimində də iştirak edib.
Səfər çərçivəsində qonaq həmçinin, Buynuz kəndinə, Şahdağ Milli Parkına gedərək rayonun turizm potensialı ilə tanış olub.
Qeyd edək ki, məşhur siyasətçi, jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyərək, əsasən də 44 günlük Vətən Müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanmışdır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

