Sosial
Arəstə Baxışovanın ailəsinin yaşadığı ev qazlaşdırıldı - VİDEO
“Azəriqaz” İstehsalat Birliyi şəhid qadın hərbçi Arəstə Baxışovanın ailəsinin yaşadığı evi qazlaşdırıb.
Bu barədə Publika.az-a “Azəriqaz”dan məlumat verilib.
Xatırladaq ki, Arəstə Baxışova Vətən müharibəsində şəhid olan ilk qadın hərbçidir. Oktyabrın 24-də yaralı hərbçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.
Arəstə Baxışovanın Zəhra və Mərdan adlarında iki övladı bizə xatirə qalıb. Arəstə sentyabrın 27-də başlayan döyüşlər zamanı hərbçilərə tibbi yardım göstərilməsi üçün cəbhəyə yollanır. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edir. Anasına döyüşlərin ən qızğın yerlərində olduğunu heç vaxt bildirmir. Hamı elə bilir ki, Arəstə hərbi hospitalda yaralı əsgərlərə tibbi xidmət göstərir. Ordumuzun zabitləri noyabrın 24-də Arəstənin anası Məktubə Baxışovaya zəng edərək “bağışla, ana, bacımızı qoruya bilmədik” xəbərini verirlər.
Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə etməyiblər. Yalnız elektrik enerjisi ilə evi çətinliklə də olsa, isitməyə çalışıblar, lakin bu o qədər də yaxşı alınmayıb. Onlar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etməsə belə, əməkdaşlarımız bundan xəbər tutaraq ailəyə baş çəkib. Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi










.jpg)

























.jpg)


