Sosial
Azərbaycanlı gənc pakistanlı xanımla evləndi - Rektor nikahda iştirak etdi - FOTO
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nikaha daxil olublar.
BANM-dən Publika.az-a verilən məlumata görə, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kurs tələbəsi əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub.
İki dost ölkə vətəndaşının nikah bağlamasına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye şahidlik edib.
Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub. Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb. Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.
Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da Tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb. Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub.
Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.





-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO







.jpg)
.jpg)

.jpg)















.jpg)
.jpg)









