Sosial
10 iyundan bu qaydaları pozanlar cərimə olunacaq - VİDEO
"10 iyundan fəaliyyətinə icazə verilən idman sağlamlıq mərkəzləri və su hovuzlarından düzgün istifadə etməyənlər cərimə olunacaqlar".
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib.
Məlumat üçün bildirək ki, Operativ Qərargahın elan etdiyi qaydalara əsasən, sözügedən tarixdən etibarən idman zalları və su hovuzlarından COVID-19 pasportu olanlar, yəni vaksinasiyadan keçənlər və ya immunitet sənədi olanlar istifadə edə biləcəklər.
Elşad Hacıyevin sözlərinə görə, bununla bağlı obyekt sahiblərinə və idmançılara ciddi xəbərdarlıq edilib.
Elşad Hacıyev deyib ki, məqsəd vətəndaşları cərimə etmək yox, pandemiya qaydalarına ciddi əməl edilməsini təmin etməkdir. Sözügedən obyektlərə ərazi üzrə polis və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edəcək. Aşkar edilən bütün faktlar dərhal rəsmiləşdiriləcək.
Xatırladaq ki, bu qaydaları pozan fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





