Sosial
Bu qüvvələri ifşa etmək çətin deyil, ancaq... – Fazil Mustafa
“Hazırda ölkəmizin ən ciddi problemlərindən biri informasiya təhlükəsizliyi ilə bağlıdır. Savaş dövründə arxayınlaşmayaraq, o dövrdə də ölkə Prezidenti bir çox hallarda təkbaşına bütün informasiya blokadasını yarmaq və düşmənin bu sahədə dezinformasiyalarını alt-üst etmək işini öz üzərinə götürdü və fədakarcasına beynəlxalq şəbəkənin bütün təxribatlarını önlədi. Təbii ki, bu prosesdə təbliğat işini öz üzərinə götürən elektron media quruluşlarının, televiziya və radioların, ayrı-ayrı vətənsevər jurnalistlərin, blogerlərin fədakarlığını qeyd etmək vacibdir”.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında qeyd edib. Deputatın fikrincə, bununla yanaşı, bu sahədə bir sistem fəaliyyətinin davamlı mövcudluğundan danışmaq xeyli çətindir:
“Xüsusilə də sosial şəbəkədə düşmən təxribatının önlənməsi üçün, xaricdən maliyyələşən, idarə olunan, onların ideoloji təsirləri altında olan saytlar və subyektlərlə bağlı görülən tədbirlər demək olar ki, yox səviyyəsindədir. Halbuki bu işlə bağlı xeyli pul silən qurum və quruluşlar mövcuddur. Burada müəyyən media quruluşları var ki, yaydığı informasiyadan anlaşılır ki, bu külək Cənubdan, Şimaldan, yaxud da Qərbdən gəlir, bir çox hallarda ölkənin ali rəhbərliyi barədə özlərini sığortalamaq üçün normal fikirlər səsləndirib, digər dövlət və ictimai xadimlərini, dövlət qurumlarını gözdən salmaq üçün qəsdən təxribatçı materialları tirajlayırlar”.
Fazil Mustafanın sözlərinə görə, bu kimi qüvvələri ifşa etmək çətin deyil, ancaq təəssüf ki, həm bu media quruluşlarını, həm reket jurnalistikanı, həm də ayrıca blogerləri ayrı-ayrı məmurlar himayəsinə götürüb və bu barədə hansısa müraciətin mənası qalmır:
“Hətta şahidiyəm ki, dövlətin haqlı mövqeyini müdafiə edərkən üzərimizə canfəşanlıqla gələn, böhtan və təhqirlər yağdıran bir neçə ictimaiyyətçiyə sonradan vəzifə də peşkəş ediblər. Anlayıram, kimlərsə xüsusi xidmət orqanlarının agenti, yaxud da bu və ya digər dövlət orqanları ilə əməkdaşlıq edən şəxslər ola bilər və bunların bu cür görünməyən obrazlarını qorumaq lazımdır. Belə olsa hələ dərd yarıdır. Bəzi səlahiyyətli şəxslərin xüsusi olaraq qoruduqları hər cinsdən olan məxluqların üzərimizə hücumları ilə qarşılaşanda anlayırsan ki, bu gün dövlətçilik immunitetimiz nə qədər ciddi şəkildə zədələnib”.
Deputat əlavə edib ki, bu və ya digər formada sosial şəbəkədə Azərbaycan informasiya məkanını zibilləyən, xarici xüsusi xidmət orqanlarının ideoloji tezislərini yayan, Azərbaycan maraqlarını qorumağa çalışan ayrı-ayrı siyasi və ictimai subyektlərə qarşı böhtan və təhqir kampaniyası aparan elementlərlə, təzahürlərlə bağlı müracət ediləcək ixtisaslaşmış dövlət qurumu yox kimidir:
“Bu, olduqca ciddi boşluqdur və bunun fəsadları artıq özünü büruzə verməkdədir. Ona görə də əksər faydalı söz, fikir söyləyə biləcək insanlar sosial şəbəkələrdən uzaq qaçır və meydanı ya milli-dini qaragüruha, ya da xarici qüvvələrin rəy yaratma platformasına təslim edirlər”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
